CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sovet İttifaqı Qəhrəmanının nəvəsinin evi yandı

Yanan ev Sovet İttifaqı Qəhrəmanı Məmmədəli Məmmədovun nəvəsinə məxsusdur
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 dekabr - Sputnik. Qax rayonu Baydarlı kəndində ikimərtəbəli ev yanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə dünən axşam saat 20:00 radələrində baş verib. Ev sahibi Marif Bayramovun sözlərinə görə, hadisəyə səbəb odun sobasından düşən közün döşəməyə düşməsi olub.

Hadisə zamanı evdə heç kim olmadığından ölən və yaralanan olmayıb. Yanğını söndürmək üçün FHN yanğınsöndürənləri cəlb olunsa da, ev əşyalarla birlikdə yanıb.

Qeyd edək ki, yanan ev Sovet İttifaqı Qəhrəmanı Məmmədəli Məmmədovun nəvəsinə məxsusdur.