BAKI, 29 dekabr - Sputnik. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının Yanıq şöbəsinin həkimləri hər il olduğu kimi bu il də uşaqlar üçün Yeni il aksiyası keçiriblər.
Belə ki, tibb elmləri doktoru Şöhrət Məmmədov rəhbərlik etdiyi şöbənin həkimləri uşaq bölməsində yanıq xəstəliyindən müalicə alan balacalara bayram hədiyyələri təqdim ediblər. Hədiyyələrin paylanmasında şəxsən iştirak edən Şöhrət Məmmədov bu tipli aksiyaların artıq bu müəssisədə ənənə halını aldığını və bunun müalicə alan uşaqlara müsbət təsir etdiyini vurğulayıb.
Balacaların gözündə həkimləri tamamilə fərqli bir rakursdan göstərən aksiya "Həkimlərdən qorxmayın" devizi altında keçirilir.