CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı itkin düşüb

Sonuncu dəfə Salim Səid Salimin əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub
Sputnik

BAKI, 29 dekabr - Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.

Sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub.

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı itkin düşüb

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.