CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Tbilisi-Qars layihəsindən yeni xəbər var

BTQ üçün sərnişin qatarları gələn il fevralın sonu, martın əvvəlində təhvil veriləcək
Sputnik

BAKI, 29 dekabr - Sputnik. "Bakı-Tbilisi-Qars üçün gələn il fevralın sonu martın əvvəlində sərnişin qatarları təhvil veriləcək".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, gələn il Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı istifadəyə veriləcək:"Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" zavodu isə istehsal edib. Vaqonların hazırlanması gecikir. Ona görə biz Bakı-Tbilisi-Qars sərnişin qatarını istifadəyə verə bilmirik. Fevralın sonu martda qatarlar təhvil veriləcək. Verilən kimi Bakı-Tbilisi-Qars sərnişin qatarı işə salınacaq".