SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Poroşenko Azərbaycandakı səfiri işdən çıxartdı

Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub
Sputnik

BAKI, 28 dekabr - Sputnik. Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezidentin bu gün imzaladığı fərmanda bildirilir.

Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.