Müharibə bitmədi, müharibə davam edir

Tramp bu məsələyə milli təhlükəsizlik məsələsi olaraq baxır
Sputnik

BAKI, 28 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Çinin iki texnologiya nəhəngi olan "Huawei" və "ZTE" şirkətlərinin məhsullarının idxalına qadağa qoymağa hazırlaşır.

Çin BMT büdcəsinə ən çox vəsait köçürən ikinci ölkə olacaq

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Tramp bu məsələyə milli təhlükəsizlik məsələsi olaraq baxır. Ağ Evin mənbələrinə görə, bu məsələ Çinin casusluq etməsinin qarşısını almaq çərçivəsində qiymətləndirilir.

ABŞ ilə Çin arasında ticarət müharibəsində atəşkəs elan edilməsindən sonra yeni proseslər ortaya çıxmağa davam edir. Belə ki, Çinin "Huawei" şirkətinin maliyyə direktoru Menq Vuanjou ayın əvvəlində ABŞ-ın İrana qarşı sanksiyalarına məhəl qoymamaq ittihamı ilə Kanadada həbs olunub. Bundan sonra isə Trampın ölkəsindəki şirkətlərin "Huawei" və "ZTE" məhsullarından istifadə etməsini əngəlləmək istədiyi iddia edilib.

Lakin hadisələr bu dəfə ticarət müharibəsindən fərqli bir şəkildə gedir. Ağ Ev mənbələrinin bildirdiyinə görə, Tramp məsələni milli təhlükəsizlik kontekstində dəyərləndirir və fövqəladə vəziyyət elan etmək istəyir.

ABŞ bir müddətdir ki, Çinin amerikalılar tərəfindən istifadə edilən məhsulları vasitəsi ilə kəşfiyyat fəaliyyəti aparıb-aparmadığını araşdırır. Buna görə, ABŞ prezidentinin bu vəziyyətin qarşısını almaq üçün Ticarət Nazirliyinə səlahiyyət verəcəyi bildirilir. Belə ki, milli təhlükəsizlik riski ola biləcək xarici telekommunikasiya məhsullarını ölkəyə buraxmayacaq.