Şimal bölgəsinə qar yağıb

Qəfil yağan qar rayonlarda havanın temperaturunun aşağı düşməsinə səbəb olub
Sputnik

BAKI, 28 dekabr - Sputnik. Bu gün Azərbaycanın şimal regionuna qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar ən çox Quba və Xızı rayonuna, həmçinin kəndlərinə yağıb.

Quba və Xızı rayonu səhər sanki ağ örpəyə bürünüb. Qarın hündürlüyü 2-3 sm-ə çatır.

Şimal bölgəsinə qar yağıb

Qəfil yağan qar rayonlarda havanın temperaturunun aşağı düşməsinə səbəb olub. Qarın yağması hazırda da davam edir.