QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb

"Ermənistan-Rusiya münasibətlərinin gündəliyi o qədər genişdir ki, biz bütün məsələləri müzakirə etməyə imkan tapmadıq"
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Yerevan ilə Moskva arasında tamamilə qarşılıqlı anlaşma mövcuddur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti ilə görüşdən sonra Yerevana qayıdan Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, görüş zamanı bir sıra məsələlər müzakirə olunub: "Əsasən biz ikitərəfli münasibətlərin sonrakı inkişaf strategiyasını müzakirə etdik. Rusiya prezidenti ilə görüşlərimiz çox tez-tez baş verir və bu, bizim münasibətlərimizin xüsusi və strateji xarakterini sübut edir".

"Ermənistan-Rusiya münasibətlərinin gündəliyi o qədər genişdir ki, biz bütün məsələləri müzakirə etməyə imkan tapmadıq. Ümumilikdə görüşün atmosferi çox pozitiv idi" - deyən Paşinyan vurğulayıb ki, Putinlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunmayıb.