BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkə başçısının əlini sıxmaq istəyən Stavropol diyarından olan 10 yaşlı Kolya Kuznetsovun arzusunu həyata keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
Putin ilk dəfə Moskvaya gələn uşaqla görüşüb, onun əlini sıxıb. O, həmçinin Kolyanın sambo üzrə idman geyimlərini imzalayıb.
Prezidentlə görüşdən əvvəl Kolya və onun anasına Moskva Kremlinin palataları, həmçinin Böyük Kreml Sarayı göstərilib.
Qeyd edək ki, Vladimir Putin "Mənimlə arzula" xeyriyyə aksiyasına qoşulub. Aksiya çərçivəsində ağır xəstəliklərə düçar olan uşaqların arzuları həyata keçirilir.
İstənilən şəxs müvafiq zərfi seçə və arzuları həyata keçirə bilər. Rusiya lideri stenddə qalan bütün zərfləri götürüb.