Paşinyan Putinlə razılığa gələ bilmədi: "Bu, bizim üçün həssas məsələdir"

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvadan əliboş geri dönüb
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Rusiya və Ermənistan qazın qiyməti məsələsində razılığa gələ bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Prezidenti ilə görüşdən sonra Yerevana qayıdan Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat verib.

Paşinyan Putini Yerevana çağırdı

O bildirib ki, bu məsələdə razılıq əldə olunmayıb: "Bununla bağlı müzakirələr davam edir. Təsdiq olundu ki, bu, ikitərəfli əlaqələr üçün olduqca həssas məsələdir və bunu həm Yerevanda, həm də Moskvada anlayırlar".

"Lakin ümumilikdə mən bu məsələdə optimist əhval ruhiyyədəyəm. Ümid edirəm ki, bu məsələ istədiyimiz məcrada cərəyan edəcək" - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın "Jamanak" qəzeti daha əvvəl Rusiyanın Ermənistana satdığı qazın qiymətinin 2019-cui il yanvarın 1-dən artıracağı barədə məlumat yayıb. "Rusiya ilə qaz tarifi barədə müqavilə 2018-ci il dekabrın 31-də başa çatır. Bizdə olan məlumata görə, Rusiya qazın qiymətini artıracaq və buna görə istehlakçılar daha çox pul ödəməli olacaqlar" - deyə məlumatda bildirilib.

Xatırladaq ki, hazırda Rusiya Ermənistana qazın hər min kub metrini 150 dollara satır.