BAKI, 28 dekabr - Sputnik. Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi məsələsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.