Milli Məclisin payız sessiyası başa çatdı

Sessiyanın sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib 
Sputnik

BAKI, 28 dekabr - Sputnik.  Milli Məclisin payız sessiyası başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda 52 məsələ müzakirə edilib.

İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib.

Sonda sessiya yekun vurulub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bu gündən deputatlar tətilə çıxıb.