İQTİSADİYYAT

Manatın bu günə olan məzənnəsi

Avronun məzənnəsi 0,59% artaraq 1,9468 manat olub
Sputnik

BAKI, 28 dekabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,59% artaraq 1,9468 manat, Rusiya rublunun məzənnəsi isə 0,81% azalaraq  0,0245 manat təşkil edib. 1 Gürcü larisi 0.6367, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3212 manatdır. 

Qeyd edək ki, Mərkəzi Bankının dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9354, Rusiya rublunun məzənnəsi isə 0,0247 manat təşkil edib. 1 gürcü larisi 0.6383, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3223 manat olub.