MƏDƏNİYYƏT

İlin ən dəbli məşhurları seçilib

Onlar bu ilin payız-qış mövsümündə hər ikisi parlaq çəhrayı paltarda görüntüləniblər
Sputnik

BAKI, 28 dekabr — Sputnik.  2018-ci ilin ən dəbli məşhurları müəyyən edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, amerikalı müğənni Ledi Qaqa 2018-ci ilin ən dəbli məşhuru hesab edilib. İfaçı təqdimat mərasimlərinin birinə qatıldığı şalvarlı kostyumu ilə birinci yerdə qərarlaşıb.

Siyahıda ikinci sırada Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl qərar tutub. Məlumata görə, o hər dəfə qüsursuz geyim stili ilə gündəmə gəlir. Hersoginya ekoloji materiallardan geyim və ayaqqabı hazırlayan brendlərə üstünlük verir.

Ən dəbli məşhurların üçlüyündə 3-cü yeri aktrisa Cennifer Lopes və aktrisa Treysi Ellis Ross bölüşüblər. Belə ki, onlar bu ilin payız-qış mövsümündə hər ikisi parlaq çəhrayı paltarda görüntüləniblər.

Ən dəbli məşhurlar onluğunda müğənni Beyons, aktrisa Priyanka Çopra, Rami Malek, Timoti Çelamet, Maykl Bakari Corcan və model Kaya Herber də yer alıb.