QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gələn il Qarabağ danışıqları üçün nə vəd edir - Politoloq şərhi

Politoloq Elxan Şahinoğlu deyir ki, Paşinyan özündən əvvəlki hakimiyyətin siyasətini davam etdirsə, cəbhə bölgəsində vəziyyət gərginləşəcək
Sputnik

“Paşinyan bu il Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmağa hazır deyildi”. Bunu Sputnik Azərbaycan-a Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilərindən danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Çox təəssüf ki, bu il münaqişənin həlli istiqamətində hər hansı irəliləyiş qeydə alınmadı. Ermənistanda baş verən qəfil hakimiyyət dəyişikliyi prosesə təsir göstərdi. 2019-cu ildə danışıqların intensivləşəcəyinə ümid etmək olar. Qarabağ klanının 20 ildən sonra hakimiyyətdən uzaqlaşdırılması da önəmli hadisədir. Çünki məhz bu klanın üzvləri torpaqlarımızın işğalında birbaş olaraq iştirak etmişdilər. Müəyyən ümidlər var ki, Paşinyanla aparılacaq danışıqlarda irəliləyiş mümükün olsun. Gələn ilin birinci rübünə qədər Paşinyan özündən əvvəlki hakimiyyətin siyasətini davam etdirsə, cəbhə bölgəsində vəziyyət gərginləşəcək” - deyə politoloq bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz