Kəmaləddin Heydərov Prezidentə raport verib

İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışında iştirak edib
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.