Mnatsakanyan Moskvada Lavrovla görüşüb

Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat Ermənistan XİN-in rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, dekabrın 27-i Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb. Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb.