İQTİSADİYYAT

Mərkəzi Bank yeni məzənnələri açıqladı

Avronun məzənnəsi 0,18% azalaraq 1,9354 manat olub
Sputnik

BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,18% azalaraq 1,9354 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0247 manat təşkil edib. 1 gürcü larisi 0.6383, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3223 manatdır.

Qeyd edək ki, Mərkəzi Bankının dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9389, Rusiya rublunun məzənnəsi isə 0,0247 manat təşkil edib. Bir gürcü larisi 0.6381, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3211 manat olub.