Yola saldığımız ilin və cari ilin ən çox müzakirə olunan mövzularından biri də təhlükəsizlikdir. Hər zamankı kimi bu mövzu ətrafında vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı proqnozlar mövcuddur. Lakin optimist proqnozlarda ehtiyatlı yanaşmalar xüsusilə diqqəti cəlb edir.
2018-ci ildə regional təhlükəsizlik məsələsi necə dəyişib və 2019-cu ildə Cənubi Qafqazı nə gözləyir? Bu suallara 4 yanvar, 2019-cu il tarixində, saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin ekspertləri cavab verəcəklər.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi