Elmə məlum olmayan canlı tapılıb - FOTO

O, bu canlının nə olduğunu bilmədiyi üçün onu mütəxəssislərə aparmaq qərarına gəlib
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Avstraliyanın okean sahillərində yeni canlı aşkarlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliyanın Brum kəndinin sahillərində böyük ağzı olan və onlarla əlləri olan dəniz canlısı tapılıb.

Travis Pover adlı şəxs dəniz sahilində gəzən zaman bu heyvana rast gəlib. O, bu canlının nə olduğunu bilmədiyi üçün onu mütəxəssislərə aparmaq qərarına gəlib.

Elmə məlum olmayan canlı tapılıb - FOTO

Pover deyib ki, öncə bu canlının öncə ölü və zəhərli olduğunu düşünüb: "Çünki hərəkət etmirdi və solğun rəngi var idi".