Rusiya Ukraynaya qarşı sanksiyaları genişləndirdi

Rusiya Ukrayna sanksiyalarına cavab olaraq 332 fiziki və 68 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Rusiya baş naziri Dmitri Medvedyev xüsusi məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu fiziki və hüquq şəxslərin siyahısını genişləndirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Ukrayna ordusu Rusiya sərhədlərinə toplaşır - Həyəcan siqnalı

"Mən müvafiq əmri imzalamışam. Bu Rusiya dövlətinin, Rusiya şirkət və vətəndaşlarının maraqlarını qorumaq üçün edilib", - deyə Medvedyev "Twitter"-də yazıb.

Rusiya hökumətindən vurğulanıb ki, siyahının genişləndirilməsi 200-dən çox şəxs və şirkətə şamil olunacaq.

Qeyd edək ki, bu ilin noyabrın 1-dən Rusiya Ukrayna sanksiyalarına cavab olaraq 332 fiziki və 68 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

Bu şəxslərin arasında Ukraynanın daxili işlər naziri Arsen Avakov, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsiak, müdafiə naziri Stepan Poltorak, sabiq baş nazirlər Yuliya Timoşenko və Arseniy Yatsenyuk da var.