RUSİYA

Rus ordusuna yeni silahlar veriləcək

O, kompleksin Rusiya Silahlı Qüvvələrində 2019-cu ildən veriləcəyini də açıqlayıb.
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin orduya yeni silahlar vəd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hakimiyyət ordu və donanmanın hipersəsli silahlar da daxil olmaqla yeni növ silahlarla təchiz edilməsi üçün tədbirlər görəcək.

Ölkə başçısı onun əmri ilə istehsal edilmiş hipersəs sistemli "Avanqard" silahını yüksək dəyərləndirib.

"Bu hadisə hətta sırf milli əhəmiyyətli də deyil. O milli maraqlar çərçivəsindən kənara çıxır" - deyə o hakimiyyət nümayəndələri ilə görüşdə bildirib.

O, kompleksin Rusiya Silahlı Qüvvələrinə 2019-cu ildən veriləcəyini də açıqlayıb.