RUSİYA

Putin və Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlandı

Avrasiya məkanında inteqrasiya birləşmələrinin qarşılıqlı təsirinin perspektivləri müzakirə olunacaq
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan dekabrın ikitərəfli münasibətlərə dair aktual məsələlər müzakirə edəcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Dekabrın 27-i Moskvada Rusiya prezidenti Vladimir və Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında danışıqlar aparılacaq. İkitərəfli münasibətlərə dair aktual məsələlər, həmçinin Avrasiya məkanında inteqrasiya birləşmələrinin qarşılıqlı təsirinin perspektivləri müzakirə olunacaq", - deyə Kremlin yaydığı məlumatda bildirilir.