CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndoneziya sunamisinin dəhşətli fəsadları

İndoneziyanın Zond boğazında baş verən sunaminin səbəb olduğu qurbanların sayı artmaqdadır.
Sputnik

Hal-hazırda sunaminin 429 insanın həyatına son qoyduğu deyilir. Xilasedici komandalar hələ də yeni cəsədlər tapır. Bundan başqa, itkin düşənlərin sayı da tam məlum deyil və onların axtarış işləri davam edir.

Qeyd edək ki, bu cür təbii fəlakətlər İndoneziya üçün, təəssüf ki, adi hal almağa başlayıb. Belə ki, bu ilin sentyabr ayında qərbi Sulavesidə baş verən sunami və zəlzələ 2000-dən çox insanın həyatına son qoyub.