HADİSƏ

Balakəndə narkotik satanlar cinayət başında yaxalandılar

Rəhim Süleymanov və İsmayıl Bayramov çəkisi 190 qram olan marixuananı satarkən cinayət başında yaxalanıblar
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Polis əməkdaşları Balakən rayonu ərazisində narkotik satan şəxsləri cinayət başında yaxalayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında Balakən rayonunun Hənifə kəndi ərazisində əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində kənd sakinləri Rəhim Süleymanov və İsmayıl Bayramov çəkisi 190 qram olan marixuananı satarkən cinayət başında yaxalanıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanovun evindən əlavə olaraq 700 qrama yaxın marixuana aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.