QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Moskva: Gələn il Qarabağ münaqişəsinin həlli üçün bacardığımız hər şeyi edəcəyik

Mariya Zaxarova: "Münaqişənin nizamlanması üçün bizim tərəfimizdən bunun üçün lazım olan bütün işlər görüləcək"
Sputnik

BAKI, 26 dekabr — Sputnik. 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiyadan asılı olan bütün tədbirlər həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Əgər biz vaxtdan danışsaq, heç bir zaman çərçivəsi qoymuruq. Biz həmişə münaqişənin tezliklə həll olunmasına çalışmış və bu problemin tezliklə həllinə yönələn addımları dəstəkləmişik" - deyə XİN sözçüsü bildirib.

"Düzünü desəm, hər hansı müddətdən danışmağa dair məsuliyyəti öz üzərimə götürə bilmərəm. Münaqişə uzun müddətdir ki, davam edir. Lakin həm həmsədr kimi, həm də həm Azərbaycan və Ermənistanla ümumi keçmiş tarixi olan ölkə kimi bizim tərəfimizdən bunun üçün lazım olan bütün işlər görüləcək" - Zaxarova əlavə edib.

"Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yanvar ayında görüşünün təşkilatçısı kimi çıxış etməsi mümkündürmü" sualını cavablandıran Rusiya XİN-in sözçüsü qeyd edib ki, onda belə bir məlumat yoxdur.