İsrail Dəməşqə aviazərbələr endirib

Silah anbarına zərər dəyib
Sputnik

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşq yaxınlığına aviazərbələr endirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, atılan raketlərin böyük əksəriyyəti vurulub.

Aviazərbələr nəticəsində 3 suriyalı hərbçi yaralanıb, silah anbarına zərər dəyib.