MƏDƏNİYYƏT

Nazir: "Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb"

Əbülfəs Qarayev: "Opera və Balet Teatrının yenidən qurulması və bərpasının layihəsi artıq hazırdır"
Sputnik

BAKI, 26 dekabr — Sputnik. "Bir neçə böyük mədəniyyət müəssisəsinin əsaslı təmir və bərpası üçün layihələr hazırlanıb. Gələn il İrəvan Dövlət Dram Teatrının yeni binası istifadəyə veriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verib. "Dövlət büdcəsində imkanlar olduğu zaman bu layihələrin həyata keçirilməsinə nail olacağıq" - deyə nazir bildirib.

Ə.Qarayevin sözlərinə görə, Opera və Balet Teatrının yenidən qurulması və bərpasının layihəsi artıq hazırdır: "Eyni zamanda, düşünürük ki, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb".