BAKI, 26 dekabr — Sputnik. Çinin Futszyian əyalətində baş verənlər bütün dünyanın diqqət mərkəzindədir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lonqyan şəhərində bıçaqla silahlanmış bir kişi avtobus qaçırıb. Daha sonra o, avtobus ilə insanların sıx olduğu əraziyə daxil olub. Hadisə nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
Ölənlərdən biri polis olub. Polislər silahlı cinayətkarı saxlayıblar. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.