“ABŞ-ın Suriyadan qüvvələrini çıxarması hələlik bəyanat olaraq qalır”. Bunu Sputnik Azərbaycan-a ABŞ qüvvələrinin Suiryadan çıxmasının regiona təsirləri haqqında danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“ABŞ-ın daxilində bu istəyə qarşı narazılıqlar var. Çox güman ki, ABŞ-ın iki min nəfərlik hərbi qüvvəsi Suriyanı tərk edəcək. Ancaq bundan sonra yaranacaq problem odur ki, o boşluğu kim dolduracaq? YPG və PYD-nin çox sayda terrorçusu var. Bu da Suriyada yenidən savaşın olacağı ehtimallarını artırır. Terrorçular özlərinə müttəfiq tapmağa çalışacaqlar” - deyə politoloq bildirib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz