Rusiya səfirliyi qarşısında aksiyalar keçirilib – Yerevanda

“Ermənistanın təhlükəsizliyini təhdid yaradan Rusiya hərbçilərinin” hərəkətlərini tənqid ediblər
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Bu gün Rusiyanın Ermənistandakı səfirliyi önündə iki aksiya keçirilib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.

Məlumata əsasən ilk öncə sayları az olan bir qrup şəxs gəlib. Onlar "Ermənistanın təhlükəsizliyini təhdid yaradan Rusiya hərbçilərinin” hərəkətlərini tənqid ediblər.

Saat 13:00-da isə səfirlik önündə "Ermənistanda Rusiya əleyhinə təxribatlara yox" və "Daima Rusiya ilə!" şüarları səsləndirilib.