SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İrana səfər edib

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Azərbaycanlı nazir iranlı komandanla görüşüb

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlardan Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Ölkənin paytaxtı Tehranda parlamentin spikerinin İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Urmiya şəhərində olacaqlar. Burada deputatlarımızın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarla görüşü gözlənilir.