RUSİYA

Məşhur şahmatçı küçədə donaraq öldü

Həkimlərin bütün səylərinə baxmayaraq kişi 23 dekabrda reanimasiyada ölüb
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Dünya Şahmat Federasiyasının üzvü, riyaziyyatçı Eduard Dubov soyuq havada donaraq ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Tepliy Stan adlı rayonunda donmuş halda bir kişi tapılıb. O təcili xəstəxanaya yerləşdirilib. Onun sərxoş halda donduğu məlum olub.

Həkimlərin bütün səylərinə baxmayaraq kişi reanimasiyada ölüb.

Polis kişinin kimliyini müəyyən edib. 80 yaşlı kişi məşhur riyaziyyatçı, şahmatçı Eduard Dubov olub.