İranın tanınmış din xadimi vəfat edib

O, beyin şişi səbəbindən Almaniyada müalicə alırdı
Sputnik

BAKI, 25 dekabr — Sputnik. İranın tanınmış siyasəti və din xadimi Mahmud Haşimi-Şahrudi Tehranda vəfat edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 69 yaşlı din xadimi beyin şişi səbəbindən Almaniyada müalicə alırdı.

1999-2009-cu illərdə İranda ədliyyə naziri olan Şahrudinin ölkənin gələcəkdə Ali dini lideri olması gözlənilirdi. O, 2017-ci ildə İranın Ali dini lideri Ayətullah Əli Xameneyi tərəfindən parlament ilə Konstitusiyanı Qoruma Şurası arasında yaranan mübahisələrdə vasitəçilik edən təşkilatın sədri seçilmişdi.