HADİSƏ

Bakıda “Hilton” hotelində yanğın olub

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Bakıda məşhur hoteldə yanğın baş verib.

Sputnik Azərbycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.

Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib. Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Müəyyən edilib ki, yanğın nəticəsində otelin 1-ci mərtəbəsində yerləşən mətbəxdə sobanın üzərində yağ qalıqları yanıb. Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.