Türkiyə ilə ABŞ arasında "buzlar əriyir"

Ağ Ev: Prezident gələcəkdə belə bir görüşə açıqdır
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan olan həmkarı Donald Trampı 2019-cu ildə Türkiyəyə səfərə dəvət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" Ağ Evə istindən bildirir.

"Hələlik heç nə planlaşdırılmayıb, prezident gələcəkdə belə bir görüşə açıqdır" - deyə, Tramp Administrasiyanın nümayəndəsi Xoqan Hidli bildirib.

Daha əvvəl isə Donald Tramp türkiyəli həmkarı Tayyib Ərdoğanla telefonla danışdığını deyib. Onun sözlərinə görə, liderlərin telefon danışığı "uzun və məhsuldar olub".