CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elbay Qasımzadəyə orden verildi

Elbay Qasımzadə Azərbaycan Memarlar İttifaqının sədridir
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilsin.

Elbay Qasımzadəyə orden verildi

Qeyd edək ki, Elbay Qasımzadə Azərbaycan Memarlar İttifaqının sədridir.