Çin BMT büdcəsinə ən çox vəsait köçürən ikinci ölkə olacaq

Üzv ölkələrin BMT büdcəsinə ödədiyi vəsaitin məbləği bir neçə amil və meyar, o cümlədən onların xalis milli gəlirinin qiymətləndirilməsi ilə müəyyən olunur
Sputnik

BAKI, 25 dekabr - Sputnik. Çin gələn ildən Yaponiyanı geridə qoyaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinə ən çox maliyyə vəsaiti köçürən ikinci ölkə olacaq.

AZƏRTAC xəbər verir ki, BMT Baş Məclisinin müvafiq qətnaməsinə əsasən, növbəti üç il ərzində BMT-nin büdcəsinə Çinin maliyyə töhfəsi hazırki 7,92 faizdən 12,01 faizə qalxacaq. Bundan başqa, Çinin BMT-nin sülhməramlı fəaliyyət büdcəsindəki payı 10,24 faizdən növbəti üç il üçün 15,22 faizə çatacaq.

Üzv ölkələrin BMT büdcəsinə ödədiyi vəsaitin məbləği bir neçə amil və meyar, o cümlədən onların xalis milli gəlirinin qiymətləndirilməsi ilə müəyyən olunur. ABŞ növbəti üç ildə də BMT büdcəsinə ən çox vəsait ödəyən ölkə olaraq qalacaq.