İQTİSADİYYAT

Beynəlxalq Bankda yeni sədr və sədr müavini

Abbas İbrahimov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Mərkəzi Bank yeni valyuta məzənnələrini açıqladı

ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb. 2018-ci ilin martından bu vəzifəni müvəqqəti icra edən Abbas İbrahimov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.

Bundan başqa, bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının iclası da olub. İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Müşahidə Şurası Bankın cari il üzrə maliyyə göstəricilərinə baxıb, 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.