İQTİSADİYYAT

Asiya bazarları çökdü

Trampın Mərkəzi Bankla yaşadığı problem Asiya bazarlarını çökdürüb
Sputnik

BAKI, 25 dekabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Mərkəzi Bank (FED) ilə yaşadığı fikir ayrılığı və ABŞ-da hökumətin bağlanması Asiya bazarlarına kəskin təsir edib.

ABŞ-da birjalar çökdü – Dünya yeni böhran astanasında

Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, Yaponiyanın birja indeksi "Nikkey" təxminən 5 faiz aşağı düşüb. Bu, 2017-ci ilin aprel ayından bəri ən kəskin azalmadır. Banqkok, Tayvan birjaları da günü itki ilə bağlayıb. Çində də "Şanxay" birjası 2 faizdən çox ucuzlaşıb.

İnvestorların Donald Trampın FED ilə yaşadığı fikir ayrılığından və hökumətin bağlanmasından narahat olduqları bildirilir.

ABŞ-da da birjalarda Milad öncəsi aşağı göstəricilər qeydə alınıb.

Bu gün Asiya, Avropa və Şimali Amerikada əksər maliyyə bazarları Milad bayramı ilə əlaqədar bağlıdır.