CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi ərazilərdə gün ərzində su olmayacaq

"Azərsu" vətəndaşlara xəbərdarlıq edir
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Bakı şəhəri Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar Xətai rayonun bəzi ərazilərində suyun veriulməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, 24 dekabr 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir küçələri və s.) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.