Pentaqon YPG/PKK-ya verilən silahların geri alınması məsələsində səssiz qalıb

Pentaqon YPG/PKK-ya verilən silahların geri alınması ilə bağlı suala dəqiq açıqlama verməkdən imtina edib
Sputnik

BAKI, 24 dekabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada terror təşkilatı YPG/PKK-ya verilən silahların geri alınması məsələsində səssiz qalıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Pentaqon YPG/PKK-ya verilən silahların geri alınması ilə bağlı suala dəqiq açıqlama verməkdən imtina edib.

Pentaqon sözcüsü Sean Robertson "Anadolu" agentliyi müxbirinin Suriyada YPG/PKK-ya verilən silahların geri alınıb-alınmayacağı ilə bağlı sualına yazılı bir açıqlama verib.

Robertson açıqlamasında YPG/PKK-nın bölgədə İŞİD-ə qarşı təsirli bir ortaq olduğunu söyləyib: "YPG/PKK-ya verilən silahların məhdud olacağı və İŞİD-i məğlub etmək üçün silahlarla mərhələli şəkildə təmin ediləcəyi ilə bağlı hər zaman açıq olduq".

Məsələnin detallarına girə bilməyəcəyini deyən Robertson diqqətin ABŞ hərbçilərinin Suriyadan çıxarılması məsələsinə yönəldiyini bildirib.