Milli Məclisin bu il üçün son plenar iclasının vaxtı açıqlandı

Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət də qəbul olunacaq
Sputnik

BAKI, 24 dekabr - Sputnik. Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclasının vaxtı məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, son iclas dekabrın 28-də keçiriləcək.

İclasın gündəliyinə "Məhkəmələr və hakimlər haqqında", Notariat haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Elektron ticarət haqqında" "Lisensiyalar və icazələr haqqında", "Patent haqqında", "Banklar haqqında" və s. qanunlara, İnzibati Xətalar, Mülki, Gömrük məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı layihələr daxil edilib.

Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət də qəbul olunacaq.