Gecə klubu qarşısında dava üç nəfəri xəstəxanalıq etdi

Hadisə yerinə çox sayda polis cəlb olunub
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Ankaranın Çankaya ilçəsində silahlı insident olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə klublarından birində dava düşüb. İki qrup arasında düşən dava 3 nəfərin yaralanması ilə nəticələnib.

Hadisə 01:00-da baş verib. İki qrup klubun qarşısında səbəbi bilinməyən məsələyə görə dava ediblər. Hadisə yerinə çox sayda polis cəlb olunub. Məsələ ilə bağlı cinayət işi açılıb.