Daha bir Avropa şəhərində silahlı insident oldu

Analoji hadisə bir neçə gün əvvəl Vyanada baş vermişdi
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Belçikanın paytaxtı Brüsselin mərkəzində naməlum kişi avtomat silahla restoranı atəşə tutub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir. Polisin məlumatına görə, atəş Kalaşnikov avtomatından açılıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Atəşin səbəbləri bilinmir. Polis hadisənin terrorla bağlı olmadığını iddia edir.

Analoji hadisə bir neçə gün əvvəl Vyanada baş vermişdi.