İQTİSADİYYAT

"Azərbaycanla Rusiyanın Xəzərlə bağlı yeni planı var" – Səfir

Mixail Boçarnikov: "Xəzər dənizində dəniz kruizi turizminin inkişafını planlaşdırırq"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 dekabr - Sputnik. "Azərbaycan və Rusiya Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq və dəniz turizmini inkişaf etdirmək niyyətindədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

Rəsmi Moskvanın təmsilçisindən diqqətçəkən Qarabağ bəyanatı: 2019 uğurlu il olacaq

O, bu ilin avqustunda Astanada Xəzər dənizinin hüquqi statusuna dair xəzəryanı ölkələrin hökumət başçılarının imzaladığı Konvensiyanı tarixi hadisə kimi dəyərləndirib: "Mənə çox xoşdur ki, Azərbaycanda da bu hadisə ilin ən önəmli siyasi hadisələrindən biri kimi dəyərləndirilir".

Rusiya səfiri vurğulayıb ki, ölkələr Xəzər dənizi hövzəsində nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir: "Rusiya və Azərbaycan Xəzər dənizi üzərində Olya limanı və Azərbaycanda olan liman arasında dəniz, nəqliyyat xəttinin açılması üzərində düşünür. Həmçinin Xəzər dənizində dəniz kruizi turizminin inkişafını planlaşdırırq".