RUSİYA

Azərbaycan əcnəbilər üçün "turist Məkkəsi" kimi təbliğ ediləcək

Artıq Həştərxanda belə səfərlərin təşkili üçün bir gəmi düzəldilir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. "Azərbaycan artıq Rusiya vətəndaşları üçün tanınan və cəlbedici bir turizm istiqamətinə çevrilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bildirib. 

Rəsmi Moskvanın təmsilçisindən diqqətçəkən Qarabağ bəyanatı: 2019 uğurlu il olacaq

"İlk növbədə Rusiya vətəndaşları həm yay, həm də qış fəslində Azərbaycanın necə gözəl olduğunu anlayır. Mən bu yaxınlarda Şahdağ kurortunu ziyarət etdim. Azərbaycanın dağ-xizək mərkəzləri ilə Şimali Qafqazın dağ-xizək mərkəzləri arasında fəal əməkdaşlıq qurulur" - deyə səfir qeyd edib.

Boçarnikovun sözlərinə görə, gələn il ölkələr arasında Xəzər dənizində kruiz səfərlərinin həyata keçirilməsinin başlanması üçün səylər göstəriləcək: "Bu kruizləri həyata keçirmək üçün gəmilər düzəldilməlidir. Artıq Həştərxanda belə səfərlərin təşkili üçün bir gəmi düzəldilir. Onun düzəldilməsinin hansı səviyyədə olduğunu deyə bilmərəm, amma ümid edirəm ki, bu sahədə irəliləyişə nail olunacaq".

"Azərbaycanın Rusiya vətəndaşları arasında turizm istiqaməti kimi daha da tanınması məsələsinə gəldikdə isə, Rusiya ərazisində "Azerbaijan Tourism Board"-ın açılmasını vurğulamaq istərdim. Bu qurum şübhəsiz ki, Azərbaycanın obrazını "turist Məkkəsi kimi" Rusiya vətəndaşları üçün təbliğ edəcək".