BAKI, 24 dekabr — Sputnik. Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan dekabrın 27-i Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Novosti Armenia-ya istinadən xəbər verir.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə edəcək.