BAKI, 23 dekabr — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizində, Ağ dənizdə və Şmali Kiprdə provokasiya törədənlərə səslənib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hulusi Akar provokasiyalara cavab olaraq daha sərt addım atacaqlarını bəyan edib.
Qətər və Pakistandan sonra Əfqanıstanın paytaxtı Kabilə yola düşən nazir Türk Silahlı Qüvvələrinin həm ölkə daxilində, həm də ölkə xaricində terrorçu qruplaşmalarla mübarizə apardığını deyib.
“Bundan sonra da PKK, İŞİD, YPG ilə mübarizəmizi davam etdirəcəyik. Sonuncu terrorçu zərərsizləşdirənədək dayanmadan mübarizə aparacağıq. Çünki insanların təhlükəsiz yaşaması bizim üçün çox önəmlidir” – deyə nazir əlavə edib.