BAKI, 23 dekabr — Sputnik. Hindistanda yaşayan Ansari adlı "Facebook" istifadəçisi sosial şəbəkədə tanış olduğu qadını görmək üçün Əfqanıstan üzərindən qaçaq yolla Pakistana keçmək istəyərkən saxlanılaraq həbs edilib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 2012-ci ildə Pakistanda həbs edilən kişi başına gələnlərə görə çox peşman olduğunu bildirib. Təhlükəsizlik gücləri tərəfindən tutulan həmin şəxs həbsxanadan düz 6 il sonra buraxılıb. O bundan sonra bir daha sosial şəbəkədən istifadə etməyəcəyini də deyib.
Ansari həbsxanadan çıxdıqdan sonra başqalarının da bu cür bəxtsiz olay yaşamaması üçün onlara məsləhətlərini də verib. O, “özünüzdə əcnəbilərə qarşı sevgi duyğusu yaratmayın, "Facebook"da tanış olduğunuz şəxslərə aşiq olmayın” deyə bildirib.